Xocavənddə həlak olanların adları AÇIQLANDI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xocavənddəki hadisə ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, agentliyin minaya düşərək həlak olan əməkdaşlarının kimliyi məlum olub.

Məlumatda bildirilir ki, bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də agentliyə məxsus və sözügesən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb:

"Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR