Türkiyə Azərbaycanın namizədliyini dəstəkləyir

“Qarabağın işğal edilməsi bizləri təəssüfləndirdiyi kimi, artıq həmin ərazilərin işğaldan azad edilməsi bizi olduqca sevindirir”.

Metbuat.az xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının sədrinin təmsilçisi və Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen Asiya Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib.

"Reallığa nəzər salsaq, iki qardaş xalq olaraq biz bir-birmizi hər zaman dəstəkləyirik”, - o vurğulayıb.

O, Azərbaycanın Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini tamamilə dəstəklədiyini də ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı