DİM bu şəxslərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul olmaq üçün xarici dil biliklərinin danışıq bloku üzrə imtahan verəcək şəxslərə müraciət edib.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, Xarici İşlər Nazirliyinə diplomatik xidmətə işə qəbul üzrə keçiriləcək xarici dil biliyini yoxlayan danışıq bloku üzrə imtahan 24 sentyabr 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən inzibati binasında keçiriləcək.

Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. Namizədlərin kompüter proqramı ilə yaxından tanış olmaları üçün “demo- trenajor”u paylaşırıq.

https://xaricidil.dim-webinar.info/

Qeyd edək ki, yalnız ikinci mərhələ imtahanı üçün qeydiyyatdan keçmiş iddiaçılar linkə daxil olaraq proqramın “demo” versiyası ilə tanış ola biləcəklər.

Nəzərinizə çatdırırıq ki, “demo-trenajor” Azərbaycan, ingilis, alman və fransız dillərində təqdim olunur, lakin imtahanda bütün iddiaçılara qeydiyyat zamanı seçdikləri müvafiq xarici dilə uyğun imtahan sualları təqdim olunacaq.

İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR