"Real"ın istədiyi məşqçi bəlli oldu

Yurgen Klopp "Real Madrid"in yeni baş məşqçisi ola bilər.

Metbuat.az xəbər verir ki, "Real" rəhbərliyi Karlo Ançelottini Klopp ilə əvəzləmək istəyir. Bildirilir ki, Klopp gənclərlə yaxşı işləməyi bacardığı üçün "Real" onun məşqçi olmasına üstünlük verir.

Qeyd edək ki, Karlo Ançelottinin "Real"la müqaviləsi 2026-cı ildə yekunlaşır. 2024-cü ildə "Liverpul"un məşqçi postundan ayrılan Klopp "Red Bull" klubunun qlobal futbol rəhbəri postunda çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı