Adı "Fənərbaxça" və "Qalatasaray"la da hallanan "Mançester Siti"nin futbolçusu Kevin De Bruyne mövsümün sonunda klubdan ayrılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə o özü açıqlama verib.Qeyd edək ki, Kevin De Bruynenin “Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Futbolçu ABŞ çempionatına transfer ola bilər. İngiltərənin “TBR Football” nəşrinin xəbərinə görə, MLS-in yeni komandası “San Dieqo” De Bruynenin transferində irəliləyiş əldə edib.
Xəbərdə tərəflər arasında danışıqların davam etdiyi və belçikalı ulduzun mövsümün sonunda ABŞ-a transfer olmağa etiraz etmədiyi iddia edilib. Bildirilir ki, Səudiyyə Ərəbistanı Pro Liqa klublarının böyük marağı olsa da, futbolçunun transferində favorit klub “San Dieqo”dur.