Avropa klubu "Neftçi"nin futbolçusunu istəyir

Azərbaycan millisinin və "Neftçi"nin qolkiperi Rza Cəfərov mövsümün sonunda legioner həyatı yaşaya bilər.

Metbuat.az Apasport-a istinadən xəbər verir ki, Polşa yüksək liqasında yarışan "Rakuv" Rzanı heyətinə qatmaqda maraqlıdır. Hətta Polşa klubunun skautları bununla bağlı futbolçunun özünə müraciət ediblər.

Rzanın özü də ölkə xaricinə yollanmağa, legioner həyatı yaşamağa isti baxdığı üçün "Rakuv"un təklifini qəbul etmək istəyir.

Ancaq Polşa təmsilçisi bununla bağlı "Neftçi" ilə kontakta keçməyib.

Mövsüm başa çatdıqdan sonra Cəfərovun Polşaya yollanıb-yollanmayacağına konkretlik gələcək.

21 yaşlı qapıçının "Neftçi" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2022-ci il iyulun 1-dən əsas komandada çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı