Uzunluğa tullanma üzrə Avropa çempionu Petar Daçev Bolqarıstanda kokain qaçaqmalçılığına görə həbs edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.

İdmançı təxminən 5 milyon leva dəyərində olan 30 kq kokainin daşınmasında iştirak edib.

Məhkəmə onun həbsdə saxlanmasına qərar verib.