XİN Cozep Borrelin bəyanatına cavab verib

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Cozep Borrelin bəyanatına cavabında bildirib.

    Bildirilib ki, bundan başqa, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinmiş və 2020-ci il müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində fəaliyyətini heç vaxt təqdir etməmişdir. Azərbaycana qarşı təhdidedici bəyanat səviyyəsinə qədər ikitərəfli yanaşma regionumuzda sülhə xələl gətirir.

    Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri erməni əhalisinə qarşı olmayıb.

    Bu gün Yevlaxda Azərbaycan hakimiyyəti ilə erməni sakinlərin nümayəndələri arasında Ermənistan sakinlərinin reinteqrasiyası, infrastrukturun bərpası və Azərbaycanın Konstitusiyası və qanunları əsasında fəaliyyətin təşkili ilə bağlı konstruktiv müzakirələrə bir daha Aİ tərəfindən açıq məhəl qoyulmaması Aİ daxilində müəyyən dairələrin dar siyasi məqsədlərini təsdiqləyir.

    Humanitar vəziyyət, yerli erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iddialara gəlincə, diqqətə çatdırırıq ki, bugünkü müzakirə nəticəsində Azərbaycan beynəlxalq tərəfdaşlarının dəstəyi ilə yerli ermənilərə daha yaxşı abad həyat lazımi köməklik göstərəcək.

    Azərbaycanın bu istiqamətdə hərəkətlərinə hər hansı müdaxilə əks-məhsuldar və faydasız olardı.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR