AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”

Sentyabrın 22-də AZAL-ın Bakı-Praqa aviareysini həyata keçirən təyyarəsində texniki problem yaranıb. Bu səbəbdən uçuş təxirə düşüb.

Metbuat.az "Globalinfo.az"a istinadən xəbər verir ki, təxminən 2 saatlıq araşdırmadan sonra pilot təyyarə ilə uçmağın riskli olduğu bildirib və uçuşdan imtina edilib. Onun bu sözlərini sərnişinlər eşidiblər.

Bundan sonra AZAL təyyarəni dəyişmək qərarına gəlib. Sərnişinlər ikinci təyyarəyə yerləşdiriliblər.

Birinci təyyarə AİRBUS -A 319 olub. Hazırda uçacaq təyyarə isə AİRBUS-A 320 markal təyyarədir.

Xatırladaq ki, son vaxtlar AZAL-ın təyyarələrində texniki problemlər çoxalıb. Ona görə analoji vəziyyət tez-tez yaranır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı