ATV-də DƏYİŞİKLİK – “Xəbərin olsun” / VİDEO

Yeni mövsümə iddialı başlamağı qabağına şərt qoyan ATV telekanalı növbəti dəyişikliyini izləyicilərlə bölüşüb.

Metbuat.az xəbər verir ki, telekanal iki məşhur simanı heyyətinə qatıb.

Belə ki, Kübra Məhərrəmova və Sərdar Amin artıq ATV-nin efirində görünəcəklər.

Məşhur simalar telekanalda həftə içi 5 gün saat 07:30-da “Xəbərin olsun” səhər proqramı ilə tamaşaçıların qarşısında olacaq.

ATV-nin yeni proqramının anonsu artıq efirdə yayımlanır.

Qeyd edək ki, daha öncə telekanalın səhər proqramı “ATV Səhər” adlanırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR