"Miss Earth" gözəllik müsabiqəsinin sabiq iştirakçısı, "New Zealand" müsabiqəsinin keçmiş qalibi Nela Zisser indi "iştah rekord"larını yeniləməklə məşğuldur.
Milli.Az ABC-yə istinadən bildirir ki, Yeni Zelandiyadakı Kraystçörç şəhərində yaşayan 22 yaşlı Nela Zisser 120 toyuq naqqetsini cəmi 16 dəqiqə 24 saniyəyə yeyib.
Bir qədər əvvəlsə o, "Mad Max" ləqəbli Mett Stoni ilə yarışaraq 2,3 kiloqramlıq burritonu cəmi 5 dəqiqəyə yemişdi.
Onun dediyinə görə, yeni dünya rekordları vuraraq ən qısa müddətə ən çox yemək yeyən qadın təki absolyut rekordçu olmaq istəyir.
Milli.Az












