Sentyabrın 26-da növbəti humanitar yardım Xankəndiyə yola salınır.
Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, 4 yük maşını 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdıracaq.
Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.
Humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə göndərilir.