Ərdoğan Azərbaycanın istəyini açıqladı

"Azərbaycan TDT-nin toplantısında Şimali Kiprin bayrağının dalğalanmasını istəyir".

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan geri dönərkən təyyarədə jurnalistələrə müsahibəsində bildirib.

Dövlət başçısı xatırladıb ki, noyabrın 3-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Zirvə görüşü keçiriləcək: "İnşallah bu tədbirdə Şimali Kipr Türk Respublikasını müşahidəçi üzv kimi görəcəyik. Azərbaycan da toplantıya Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın dəvət olunmasını istəyir. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində bu məsələdə ciddi əzmkarlıq var. Zirvə görüşündə Şimali Kiprin bayrağının dalğalanmasını istədiyini də açıqlayır. Ümid edirəm ki, Şimli Kiprlə bağlı atılan bu addımda əl-ələ, çiyin-çiyinə qətiyyətimizi göstərməyə davam edəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı