Rais Rəsulzadənin son durumu necədir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə insult keçirib.

Metbuat.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu onun son durumu ilə bağlı məlumat yayıb.

O qeyd edib ki, R.Rəsulzadənin səhhəti normaldır:

"Xəstəxanaların birində müalicə alır,həkim nəzarətindədir. Dünən növbəti dəfə onun yanında oldum, səhhətində xeyli yaxşılaşma var. Əsas odur ki, o, sakit şəraitdə müalicəsini davam etdirməlidir. Allah şəfa versin!", - deyə o qeyd edib.

Qeyd edək ki, R. Rəsulzadə 1946-cı ildə Qazaxıstanda anadan olub. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı