Azərbaycanda pul bazası azalıb - Real sektorun vəziyəti necə olacaq?

"Azərbaycanda pul bazasında ardıcıl ikinci ay azalma qeydə alınıb. Belə ki, 1 sentyabr tarixinə ölkədə pul bazası 18 milyard 116 milyon manat olub. Bu isə əvvəlki ay il müqayisədə 146 milyon manat azdır".

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. Son 2 ayda pul bazasının 285 milyon manat azaldığını bildirən millət vəkili qeyd edib ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb.

"Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsində mövsümi faktorlar rol oynasa da belə inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlər də xüsusi paya malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur. Bununla belə, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil optimallaşdırma siyasətinə üstünlük verilməlidir",- deyə Vüqar Bayramov vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı