Özbəkistanın paytaxtı Daşkənddə şirkət anbarında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 163 nəfər yaralanıb.
Metbuat.az xəbər verir ki, Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, partlayış Daşkəndin Sergeli rayonunda şirkətin anbarında naməlum səbəbdən baş verib. Açıqlamada yaralılardan 24-nün xəstəxanaya yerləşdirildiyi, digərlərinə isə hadisə yerində tibbi yardım göstərildiyi bildirilib. Baş nazir Abdulla Aripovun hadisə yerinə getdiyi və araşdırmalar apardığı bildirilib.
Açıqlamada qeyd olunub ki, Prezident Şavkat Mirziyoyevin tapşırığına əsasən partlayışda zərər çəkənlərə yardım məqsədilə baş nazirin müavini Açılbay Ramatovun sədrliyi ilə hökumət komissiyası yaradılıb.