İsrail səfiri Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib - FOTO

İsrailin Azərbaycandakı səfiri Corc Dik Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, diplomat başsağlığını "X" hesabında paylaşıb.

"Deputat Qənirə Paşayevanı itirməyin kədərini yaşayıram. O, Azərbaycanın sevimli qızı, İsrailin əziz dostu idi. İsrail səfirliyi və şəxsən öz adımdan Qənirə Paşayevanın ailəsinə, Milli Məclisin deputatlarına və həyatına toxunduğu hər kəsə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin",- səfir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı