Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı şəhid olan Süleymanov Elşad Məmməd oğlu Goranboy rayonunun Balakürd kənd qəbiristanlığında dəfn edilib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Elşad Süleymanov sentyabrın 19-da antiterror tədbirləri zamanı Ağdam istiqamətində şahid olub.