Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən yolun hazır olacağı tarix açıqlandı

Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən yol gələn ilin birinci rübünə hazır olacaq.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda deyib:

"Növbəti bir neçə ildə Şuşada bütün küçə infrastrukturunu tamamilə hazır etməyi nəzərdə tutmuşuq", - o deyib.

Aydın Kərimov əlavə edib ki, Şuşada artıq 15 tarixi abidə bərpa olunub, 4 abidə üzərində iş davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı