“Yüksək riskli zonaların müəyyən edilmə əsasları” təsdiqləndi

“Yüksək riskli zonaların müəyyən edilmə əsasları” təsdiq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 9.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və yüksək riskli zonaların müəyyən edilmə əsaslarını tənzimləyir.

Yüksək riskli zonalar aşağıdakılara əsasən müəyyənləşdirilir:

2.1. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarları;

2.2. Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatları; 2.3. FATF tərəfindən edilmiş ictimai bəyanatlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı