Metro və avtobuslarda bu "BakıKart"lardan istifadə dayandırıldı - RƏSMİ AÇIQLAMA

Bir müddətdir ki, məhdud istifadə üçün nəzərdə tutulan "BakıKart"dan istifadə etmək mümkün deyil. Belə ki, metronun bütün stansiyalarındakı vestibüllərdə və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayanacaqlarında quraşdırılımış yeni terminallarda bu kartla bağlı xidmətin yalnız adı var. Çünki istifadə etmək istədikdə xidmətin hazırda mövcud olmadığı qeyd olunur. Xidmətin dayandırılması isə bəzi sərnişinlər tərəfindən narazılıqla qarşılanıb. Bəs görəsən, xidmətin dayandırılmasının səbəbi nədir?

Metbuat.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bu məsələnin təmsil etdiyi qurumun səlahiyyətlərinə daxil olmadığını bildirib. O, bunun yalnız "BakıKart"ın səlahiyyətində olduğunu söyləyib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə açıqlamasında xidmətin dayandırılmasının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, xidmətin dayandırılması müvəqqəti xarakterlidir: "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsi cari sistemdə təkmilləşdirmə işləri ilə əlaqədar müvəqqəti dayandırılıb. Sistem yenilənməsi tam bitdikən sonra xidmət bərpa ediləcək".

Qeyd edək ki, məhdud istifadə üçün nəzərdə tutulan "BakıKart"ların qiyməti 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,40 manatdır. Bu növ kart nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub. Kart heç bir halda geri qaytarılmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı