Azərbaycanda şəkər çuğunduru yığımı 30% artıb

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 454.2 hektar sahədən 8995 ton şəkər çuğunduru yığılıb.

Metbuat.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% və ya 2078 ton artıb. 2022-ci ilin yanvar-avqust aylarında 233 hektar sahədən 6917 ton məhsul yığılıb.

    Qeyd edək ki, hesabat dövründə şəkər çuğunduru Biləsuvar (5265 ton), Şamaxı (2126 ton) və Hacıqabul (1604 ton) rayonlarından yığılıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı