Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz oktyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə C.Yılmaz “X”də yazıb.
“Mən Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə xoş səfərə görə təşəkkür etmək istəyirəm”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Tahir Budaqovun başçılıq etdiyi YAP nümayəndə heyəti Türkiyədə səfərdədir. Onlar bundan öncə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüblər.