Sülhməramlıların Qarabağdakı iki postu bağlandı

Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri daha iki müvəqqəti müşahidə məntəqələsini bağlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dünən də Rusiya MN daha bir müşahidə postunu bağladığını açıqlamışdı.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq Azərbaycan ərazilərinin bəzi hissələrinə yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı