Azərbaycanda maliyyə axını III rübdə 30% artıb

Bu ilin III rübündə Azərbaycanda maliyyə axını 36,9 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 % çoxdur.

Metbuat.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin III rübündə olduğu kimi 2023-cü ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,6 %), tikinti (14,9 %) və topdan və pərakəndə ticarət (13,6%) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (2,4 milyard manat artım) və tikinti (2 milyard manat artım) olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı