BTC ilə nəql olunan neftin həcmi açıqlandı

Bakı-Tbilisi-Ceyhan kəmərinin (BTC) Yevlaxda yerləşən 2-ci nasos stansiyası gündəlik orta hesabla 620 min barel həcmində neft nəql edir.

Metbuat.az xəbər verir ki, bunu stansiyanın sahə meneceri Rəşad Məmmədov BP şirkətinin rayonlara təşkil etdiyi media-tur çərçivəsində bildirib.

Onun sözlərinə görə, nasos stansiyasında dörd neftvurma qurğusu mövcuddur və bunların üçü işlək vəziyyətdədir, dördüncü qurğu rezerv kimi saxlanılır.

Rəşad Məmmədov bildirilib ki, üç qurğu gündə 1 mln. barelədək neft aşıra bilər, lakın orta hesabla qeyd olunan qurğular 620 min barel emal edir.

Qeyd olunub ki, nasos stansiyası Canını Qafqaz kəməri vasitəsi ilə alınan "Şahdəniz" qazının hesabına işləyir.

Rəşad Məmmədov onu da əlavə etdi ki, indiyədək BTC neft kəməri ilə 4,1 mlrd. barel və ya 546 mln. tondan artıq neft nəql olunaraq tankerlərə yüklənilib və dünya bazarlarına çıxarılıb.

Sahə meneceri xatırlatdı ki, BTC neft kəmərinin uzunluğu 1 768 kilometr, gündəlik ötürücü gücü isə 1,2 mln. bareldir. BTC boyunca səkkiz kompres stansiyası fəaliyyət göstərir, bunların iki Azərbaycanda, daha ikisi Gürcüstan, dördü isə Türkiyə ərazisində yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı