Azərbaycanda bu məhsullar bahalaşıb - VİDEO

Son 1 ildə Azərbaycanda ən çox bahalaşan məhsul mal və qoyun ətidir.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. Ötən il kiloqramı 11-13 manata təklif olunan mal ətinin qiyməti bu il 14-16 manat olub. Sürətli bahalaşma çəkilmiş mal əti, eləcə də qoyun ətində də baş verib. İ

qtisadçı ekspert Xalid Kərimli qiymət artımının müxtəlif səbəblərlə izah edir.

İqtisadçının sözlərinə görə, heyvandarlıq məhsulların 90 faizi ölkə ərazisində istehsal olunur, ancaq heyvandarlıqda və quşçuluqda istifadə olunan yem komponenti bu məhsulların xərclərinin əhəmiyyətli hissəsini təşkil edir. Yem isə əsasən xaricdən idxal edilir. Yəni istehsal xərclərinin artması ilə ət və ət məhsullarının da qiyməti artmış oldu.

Mal və qoyun ətindən başqa ciddi bahalaşan çay, balıq konservləri və düyü olub, onların qiyməti müvafiq olaraq 15%, 14,5% və 13% artıb. Əsas düyü ixracatçılarından olan Hindistanın bu məhsulun ixracını 50 faiz azaltması, ardınca Rusiya və Qazaxıstanın da müqafiq addımlar atması iyul ayından etibarən düyünün bahalaşmasına səbəb olub.

Düyünün daha 15 faiz bahalaşacağı ehtimal edilir...

İqtisadçı deyir ki, ümumi ərzaqlar üzrə qiymət artımı 13,4 faizdir ki, bu da kifayət qədər yüksək bir rəqəmdir. Bahalaşmanın subyektiv səbəblərini aradan qaldırmaq üçün isə rəqabət məcəlləsinin təkmilləşdirişlməsinə ehtiyac var.

Ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı