Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb

Cari ilin yanvar-sentyabr aylarında neft-qaz sektoruna 4 milyard 394,3 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a bildirilib ki, müvafiq dövrdə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,1 faiz artıb.

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 milyard 603,3 milyon manat səviyyəsində olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı