Kremldən Vardanyan açıqlaması: "Əliyev və Putin..."

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ruben Vardanyanın taleyini müzakirə etməyib.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Rusiya və Azərbaycan liderləri görüşün açıq hissəsində Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyiblər”, - Kremlin sözçüsü vurğulayıb.

    Qeyd edək ki, separatçıların sabiq "dövlət naziri" Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı