Bakıda toyda Prezidentin çıxışı ayaq üstə izlənildi - VİDEO

Ötən gecə şəhər restoranlarının birində maraqlı hadisə yaşanıb.

Metbuat.az xəbər verir ki, bu barədə fotoqraf-videoqraf Həmid Həmidli instaqram hesabında paylaşım edib.

Paylaşımda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə etdiyi çıxışı toy iştirakçılarının ayaqüstə izlədiyi görünür.

Qeyd edək ki, oktyabrın 15-i Prezident İlham Əliyev Ağdərə, Xankəndi, Xocalı, Xocavənd şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR