Səfirlik İsraildə həlak olan Azərbaycan yəhudilərinin ailələrinə başsağlığı verdi

Azərbaycan səfirliyi HAMAS-ın hücumu nəticəsində öldürülən Azərbaycan yəhudilərinin ailələrinə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib:

"Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyi ikisi Azərbaycan vətəndaşı olmaqla səkkiz azərbaycanlı yəhudinin faciəvi şəkildə həlak olmasından kədərlənir. Fikirlərimiz qurbanların ailələrinin və yaxınlarınıən yanındadır", paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı