Azərbaycanın çay idxalı ixracını 19 dəfə üstələyib

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın çay idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 10.3% azalaraq 9 710 ton , dəyər baxımından isə 8.3% azalaraq 50 milyon 820 min dollar təşkil edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 3 dəfə azalaraq 505.8 ton, dəyər baxımından isə 2.1 dəfə azalaraq 4 milyon 604 min dollar təşkil edib.

    Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 9 milyon 656 min dollar dəyərində 1560 ton çay ixrac, 55 milyon 409 min dollar dəyərində isə 10 827 ton çay idxal edib.

    Əlavə edək ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,40%-ni təşkil edib. İdxal ixracı 19.2 dəfə üstələyib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR