"Dedim ki, bunun həyatı pozulub" - Öldürülən müğənninin atası DANIŞDI

“Heç yerdə işləmirdi. Vaxtında da bu qız ona ərə gedəndə, evimizdə 1 ay söz-söhbət oldu. O qədər yalanlar demişdi ki... Xalaoğludur, işi-gücü, hər yerdə evi-eşiyi... Gedən gündən xoş günü olmadı. Ayrıl dedik, ortalıqda uşaq var dedi”.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, bu sözləri “Günə son” verilişində qətlə yetirilən müğənni Yaqut Nərimanın anası deyib.

“O evi biz almışıq. Gəlib hazır evdə oturub. Yaqut ona maşın da aldı. Dedi taksi sürücüsü kimi işlə, övladın var. Hansı gün Yaqut ona pul verirdi, günü xoş olurdu. Pul verməyəndə bütün kuklaları doğrayıb eyvandan çölə tökürdü. Üç dəfə o evə polis çağırıb. Gəlib 30 min pul istəyib. Yaqut o qədər pulu niyə verməlidir? Bıçağı atıb buna. Şah damarına dəyib və partlayıb. Bir də atıb və başında əməliyyat olunan yerə dəyib. Uşağımı doğmalarım, nəslim-köküm öldürdü” – deyə mərhum ifaçının anası vurğulayıb.

Qətl hadisəsi ilə bağlı Y.Nərimanın atası da danışıb: "Qızım deyirdi ki, ata, onu evə qeydiyyata sal. Razı olmurdum. Vaxt gələr, görərsən atan uzaqgörəndir dedim. O qədər danışırdı, ard-arda siqaret çəkirdi. Gördüm başım fırlanır. Onun da gözləri qızarmışdı. Bildim ki, bu çəkir. Yoldaşıma da dedim ki, bunun həyatı pozulub, atası kimi olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR