Cəbrayılın Horovlu kəndi gələcəkdə belə görünəcək - VİDEO

Cəbrayıl rayonunun Horovlu kəndinin gələcək görünüşünü əks etdirən videoçarx hazırlanıb.

Metbuat.az xəbər verir ki, videoçarxı Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ərsəyə gətirib.

Görüntülərdə kəndin işğal illərində olan dağıntılı vəziyyəti, eləcə də yenidənqurmadan sonrakı simasının layihəsi nümayiş olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Horovlu kəndinin təməlini bu ilin may ayının 4-də qoyub. İlk mərhələdə kəndə 1 395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb. Həmçinin kənddə kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı