Ötən ay əhalinin restoranlara xərclədiyi pul AÇIQLANDI

2023-cü ilin sentyabr ayında Azərbaycanda əhali kafe və restoranlara 169 milyon 597 min manat vəsait xərcləyib.

Metbuat.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin setyabr ayı ilə müqayisədə 25% və ya 33.9 milyon manat çoxdur. 2022-ci ilin sentyabr ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 135 milyon 681 min manat təşkil edib.

Xatırladaq ki, cari ilin sentyabr ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 945.9 milyon manat təşkil edib.

Əlavə edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 484.2 milyon manata bərabər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı