Bakı-Sumqayıt qatarları ötən həftə nə qədər sərnişin daşıyıb?

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarları ötən həftə 6 mindən çox sərnişin daşıyıb.

Metbuat.az bu barədə ADY-yə istinadən xəbər verir.

"Bu, həftəiçi əlavə olaraq gündəlik 1 000-dən çox sərnişinin təhlükəsiz mənzil başına çatdırılması deməkdir", - məlumatda qeyd olunub.

Ekspres qatarlar heç bir aralıq dayanacaq və stansiyada dayanmadan gün ərzində 2 dəfə Bakıdan birbaşa Sumqayıta və əks istiqamətdə hərəkət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR