Azərbaycan Mərkəzi Bankı Dövlət Xidməti ilə Anlaşma Memorandumu imzaladı

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında Anlaşma Memorandumu imzalanıb.

Metbuat.az xəbər verir ki, sənədə AMB-nin sədri Taleh Kazımov və Dövlət Xidmətinin rəisi İlqar Musayev imza atıb.

Anlaşma Memorandumu iki qurumun maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadilə aparması, qabaqlayıcı tədbirlər görməsi məqsədi daşıyır.

Sənəd həmçinin maliyyə bazarları üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin ("FinCERT") yaradılması və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyəti nəzərdə tutur.

İmzalanma mərasimi "Heydər Əliyev ili" çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “CyberFest” kiberfestivalı çərçivəsində baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı