Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycan Tibb Universitetinin tibb elmləri namizədi, dosent Şölə İsmayılova vəfat edib.

Metbuat.az azxeber.com-a istinadla xəbər verir ki, mərhum elm adamı ötən gün 91 yaşında vəfat edib.

Şölə İsmayılova 1933-ci ildə Qazax şəhərində anadan olub. 1941-1951-ci illərdə Qazax Şəhər 1 saylı orda məktəbdə oxuyub və məktəbi qızıl medalla bitirib.

1951-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə qutarıb. Təyinatla Bakı şəhəri Doğum evinə həkim təyin edilib.
O, 1970-cı ildə Azərbaycan Dövlət Tibb İnstituna assistent seçilib və 1978-ci ildə Kazan şəhərində disertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb.

1981-ci ildən bu günə kimi Azərbaycan Dövlət Tibb Universitetində mamalıq-ginekologiya kafedrasında dosent kimi çalışır. Həmçinin həkimlik fəaliyyətini doğum evində davam etdirir.

Şölə İsmayılova 1961-ci ildə "Ali dərəcəli həkim", 2008-ci ildə isə "Respublikanın əməkdar həkimi" kimi fəxri adlara layiq görülüb. Onlarla elmi məqalənin, səmərələşdirici təklifin müəllifir.

Bir sıra dövlət və hökumət mükafatları var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı