Anasından gizli dəfn edilən məşhurun ot basmış məzarı - VİDEO

Bəstəkar və pianoçu Taleh Hacıyev uşaq yaşlarında olarkən atası və anası ayrılır. Ş. Axundova bundan sonra ailə qurmur.

Böyük istedadlar heç vaxt sıradan həyat yaşamayıblar. Eyni ilə Şəfiqə Axundova və onun oğlu Taleh Hacıyev kimi. Şəfiqə xanım çox qısa müddət ailəli olmuş, bu evlilikdən onun cəmi bir övladı olmuşdu. Taleh Hacıyev Şəfiqə Axundova dühasının canlı bəhrəsi idi.

Metbuat.az xəbər verir ki, oğlunun hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: "Mənim oğlum gözəl piano çalırdı, o, çalanda hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada".

Yaradıcılığının ən parlaq vaxtında o, ruhi xəstəliyə tutulur. Bütün ümidlərini bağladığı Taleh Hacıyev gənc yaşlarında ruhi xəstəliyə tutulur. Uzun müddət bu xəstəliklə mübarizə aparsa da, 2008-ci ilin iyul ayında Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir.

Taleh Hacıyevin ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Hətta qırx mərasimi keçdikdən sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir. Talehsiz beş il yaşayır. O, 2013-cü ildə oğlu ilə eyni ayda – iyulda vəfat edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı