Avropa rublla bağlı mühüm qərar verdi - "Noyabrın 1-dən..."

2023-cü il noyabrın 1-dən daha bir Avropa bankı rubl qəbulunu dayandıracaq.

Metbuat.az -ın məlumatına görə, bu barədə “Main Partner Trust” hüquq konsaltinq şirkətinin nümayəndələri məlumat verib.

Artıq İsveçrənin ən qədim özəl bankı "Pictet" Rusiya valyutasında pul köçürmələrini dayandıracağı ilə bağlı qərar verib. İsveçrə bankları hələ də Rusiyadan, o cümlədən rublla köçürmələri qəbul edən bir neçə Avropa təşkilatı arasında qalır.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl Avropa depozitarı "Euroclear" rublun qəbulunu dayandırıb, rusiyalı investorların aktivləri dondurulub.Nəticədə, rubl qalıqları məcburən avroya çevrilib. Analitiklər hesab edir ki, bu, Rusiya və Qərbin maliyyə sistemlərinin qopmasına doğru daha bir addım olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı