Mərkəzi Bankın sədrindən dollarla bağlı AÇIQLAMA

Hazırda Azərbaycan banklarında xarici valyutanın, o cümlədən ABŞ dollarının alışı onun satışını üstələyir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"Bunun səbəbləri əhalinin milli valyuta etibarının və vətəndaşlarının manatla gəlirinin artmasıdır", - deyə o qeyd edib.

Bununla belə, sədr deyib ki, banklarda xarici valyutanın satışına qoyulmuş 20 min manatlıq illik limit qalır və bu, çirkli pulların yuyulmasının qarşısını almaq üçündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı