Zəfər Günü ilə bağlı Bakıda ağacəkmə aksiyası keçirildi

Zəfər Günü ilə bağlı Bakıda ağacəkmə aksiyası keçirilib.

Bu barədə Metbuat.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Zəfərimizin üçüncü ildönümü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada icra hakimiyyətinin əməkdaşları, struktur bölmələrin işçiləri və İctimai Birliyin könüllüləri iştirak ediblər.

Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd şam ağacları əkilib.

Zəfər Bayramı münasibəti ilə keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı