Ünvanlı sosial yardımları daim vermək olmaz - Siyavuş Novruzov

Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik: “Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı