Tibb bacısını öldürənlərlə bağlı yeni detallar - YENİLƏNİB / FOTO

Astara rayonunun Kakalos kənd sakini, 77 yaşlı Zeynəb Məmmədovanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Mebuat.az "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 10-u günorta saatlarında baş verib.

Qətldə şübhəli bilinərək saxlanılan Məmmədov Elmir Ətrafil oğlu, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, Süleymanov Bəhruz Rəşid oğlu evə oğurluq məqsədilə daxil olublar. Z.Məmmədova həmin evdə tək yaşayırmış.

Ehtimal edilir ki, qadın həmin vaxt evdə olmayıb, amma bir qədər sonra geri qayıdıb və mənzildə oğrularla qarşılaşıb.

Məlumata görə, qadın işgəncələrlə öldürülüb. Belə ki, onun qolları, ayaqları bağlanıb, üzərində olan qızıl-ziynət əşyaları götürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən ikisi - E.Məmmədov və V.Əkbərov öldürdükləri qadınla qonşu olublar.

Qeyd edək ki, Z.Məmmədova təqaüddə olan tibb bacısıdır.

12:50

Noyabrın 10-da Astara rayonunun Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Metbuat.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı