İsrail təyyarələri Livana daxil oldu

İsrailin döyüş təyyarələri Livanın paytaxtı Beyrut və cənubdakı Sur şəhəri üzərində görüntülənib.

Metbuat.az xəbər verir ki, Beyrut və Sur səmalarında müşahidə edilən İsrail döyüş təyyarələri "Hizbullahın qalası" kimi tanınan Dahiyə bölgəsi üzərində alçaqdan uçub. Məlumata görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın hava məkanını pozaraq ölkənin ərazilərinə daxil olub. Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, təyyarələr uçuşlardan sonra ölkə ərazisində geri çəkilib.

Qeyd edək ki, HƏMAS-ın hücumundan sonra Livan Hizbullahı da İsrailə hücumlar təşkil edib. Qarşıdurmalarda 63 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR