Bayram günlərində 46 mindən çox sərnişin daşınıb

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-12 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agenliyi məlumat yayıb.

AYNA-nın məlumatında qeyd olunub ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.

Ümumilikdə bayram günlərində 1615 reys həyata keçirilib, 46 min 759 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Qeyd edilən tarixlərdə xətlərə 70-dən çox əlavə avtobus buraxılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı