“Qəzza zolağının şimalından quru əməliyyatı başlayandan bəri 1 milyondan çox dinc sakin təxliyə edilib”.
Metbuat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Piter Lerner bildirib.
“Müxtəlif dövrlərdə bir neçə yüz min nəfərlə kifayət qədər böyük uğurlar əldə etmişik. Bəzi hesablamalara görə, 1 milyondan çox insan şimal rayonlarından təxliyə edilərək Qəzzanın cənubuna gedib”, - o qeyd edib.