"Bu valideynlər məsuliyyətə cəlb oluna bilər" - Nazirlik rəsmisi

Hələ də övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər var.

Metbuat.az xəbər verir ki, bunu "Uşaq hüquqlarının tribunası" mövzusunda keçirilən tədbirdə Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib:

"Nəzərdə tutulub ki, uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməyən valideynlər məsuliyyətə cəlb olunsunlar, onlarla danışıqlar aparılsın. Bu istiqamətdə maarifləndirmə tədbirlərinə ehtiyac var", - o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı