"Hizbullah" İsrailə yeni hücumlar təşkil etdi

Livandakı "Hizbullah" qüvvələri sərhəddəki üç İsrail hərbi məntəqəsinə hücum edib.

Metbuat.az xəbər verir ki, "Hizbullah" Livanın cənubundan İsrail ordusuna aid hərbi hədəflərə hücumları ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada İsrailin sərhəddə yerləşən Tayhat, Merc və Ramim hərbi məntəqələrinə idarə olunan raketlər və müvafiq silahlarla hücumların təşkil edildiyi bildirilib. Fəsadlar barədə açıqlama verməyib.

Qeyd edək ki, İsrail ordusu ilə "Hizbullah" arasında gedən qarşıdurmalarda 76 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı