​Dövlət Xidməti ağacəkmə aksiyası keçirdi - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin ərazisində və ətrafında ağacəkmə aksiyası baş tutub. Aksiya Prezident İlham Əliyev tərəfindən elan edilən “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq həyata keçirilib.

Tədbirdə Dövlət Xidmətinin rəhbərliyi və aparatın əməkdaşları iştirak edib. Aksiya zamanı xan çinarı, şam, zeytun və oleandr ağacları əkilib.

“Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət verən Ulu Öndərin əziz xatirəsini yad etmək, dahi liderin yaşıllaşdırma ənənələrini davam etdirməkdir. Ümumilli Liderin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminəm ki, bu gün əkdiyimiz ağaclar böyüyərək Qobu qəsəbəsini yaşıllaşdıracaq və illər keçdikcə bu ağaclara baxdıqda təbiətə töhfə verdiyimizi qürurla xatırlayacağıq”, - deyə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib.

Qeyd edək ki, ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı